Fiziki şəxslər
Hüquqi şəxslər
- Şəxsiyyətini təsdiq edən sənədin surəti
- Vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydasında təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində ən azı 1 (bir) il fəaliyyət göstərməli
- Fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı
- Rezidentlik ərizəsi
- Dövlət reyestrindən çıxarışın surəti
- Səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti
- Nizamnaməsinin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydasında təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində ən azı 1 (bir) il fəaliyyət göstərməli
- Fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı
- Rezidentlik ərizəsi
Ərizə formasını endirmək üçün klik et
Rezidentliyə müraciət üçün doldurulmuş ərizə formasını və digər sənədləri texnopark@idda.az elektron poçt ünvanına göndərməyiniz kifayətdir.
Rezidentlər 10 il müddətinə aşağıdakı güzəştlərə sahib olurlar:
Sistem inteqrasiyası va (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər üçün gəlir vergisində aşağıdakı güzəştlər təqdim edilir:
8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.
Daha ətraflı məlumat əldə etmək üçün texnopark@idda.az e-poçt ünvanına yaza bilərsiniz.