Lang Azərbaycan dili
Ehim

2 mart 2021 - 04:00

Azərbaycanda elektron hökumət: Yeni çağırışlar astanasında

Dünyada baş verən mövcud qlobal hadisələr, zamana müvafiq və gələcəyə dair yeni çağırışlar, texnologiyanın gündən günə inkişaf etdiyi bir dövrdə dövlə

Azərbaycanda elektron hökumət: Yeni çağırışlar astanasında

Dünyada baş verən mövcud qlobal hadisələr, zamana müvafiq və gələcəyə dair yeni çağırışlar, texnologiyanın gündən günə inkişaf etdiyi bir dövrdə dövlə

2 mart 2021 - 04:00

Mövcud vəziyyətin qısa təhlili

Dünyada baş verən mövcud qlobal hadisələr, zamana müvafiq və gələcəyə dair yeni çağırışlar, texnologiyanın gündən günə inkişaf etdiyi bir dövrdə dövlət qurumlarının, o cümlədən də özəl maliyyə qurumlarının, həmçinin özəl sektorun xidmətlərinin sturukturunda mühüm yeniliklər edilməsini qaçılmaz edir. Azərbaycanda 10-12 il əvvəl hər hansı bir arayışı almaqdan ötəri saatlarla növbələrdə dayanmağa və ya bir idarədən digər bir idarəyə gedərək, bəzən isə aylarla gözləməklə əldə etmək mümkün idisə, hazırda bu kimi probemlərin əksəriyyəti öz həllini tapmışdır.

Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin həyata keçirdiyi sturuktur islahatları, təsdiq etdiyi dövlət proqramları və imzaladığı müvafiq sərəncam və fərmanların icrası nəticəsidə vətəndaşlara göstərilən xidmətlər üzrə tələb olunan sənədlərin həcmi minimuma endirilmişdir. Bununla yanaşı xidmətlərin vahid bir mərkəzdən idarə olunmasının təmin olunması üçün müvafiq dövlət qurumları, məlumatların elektron reyestri qurulmuşdur. Məhz görülən işlərin davamı olaraq elektron hökümət sisteminin yaradılmasına nail olunmuşdur ki, hal-hazırda bu sistem üzərində təkmilləşdirmə işlərinin aparılması istiqamətində mühüm layihələrin həyata keçirilməsinə böyük zərurət yaranmışdır.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda ilk dəfə olaraq “vahid pəncərə” və elektron xidmətə keçid Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında sərəncamı"na əsasən 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılmaqla start verilmişdir. "Bir pəncərə" sistemi bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla inzibati qeydiyyatların elektronlaşdırılmasını təmin etdi. Bu prinsip üzrə qeydiyyatın aparılması biznesin inkişafına xeyli təkan vermiş oldu. (https://www.taxes.gov.az/az/page/umumi-melumat), http://e-qanun.gov.az/framework/13939) Bunun ardıyca “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. (https://asan.gov.az/az/about)

Beləliklə də qlobal çağırışlar nəzərə alınaraq Azərbaycanda elektron hökümətin qurulmasına böyük zəmin yarandı.

İlk öncə “Elektron hökumət”nədir? sualına cavab olaraq mövcud qanunvericiliyin verdiyi tərifə nəzər yetirək.  Azərbaycan Respublikası qanunvericiliyində elektron hökumətə “mərkəzi icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi və istifadəçilərin "bir pəncərə" prinsipi əsasında müraciətini və nəticələrin əldə edilməsini təmin edən internet informasiya ehtiyatı”  kimi anlayış verilir.

("Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 24 noyabr 2011-ci il 191 № Nazirlər Kabinetinin Qərarı, 2.1.8-ci maddə.)

(http://e-qanun.gov.az/framework/22639)

“Elektron hökümət”ə verilən ən qısa anlayış OECD tərəfindən verilən “daha yaxşı hökumət fəaliyyətinə nail olmaq üçün informasiya texnologiyaları, xüsusilə internetdən istifadə edilməsi” anlayışıdır. (Organisation for Economic Cooperation and Development - / OECD E-Goventment Studies, The E-Govenment Imperative, 23 (2003)

https://read.oecd-ilibrary.org/governance/the-e-government-imperative_9789264101197-en#page23 

Başqa bir tərif də isə “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.”:-qeyd olunur. (https://www.e-gov.az/az/content/read/2)

Yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. (https://www.e-gov.az/az/content/read/2)

Respublikamızda “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. (http://e-qanun.az/framework/21716)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.  https://president.az/articles/27423/print 

Əgər 10 il əvvəl vətəndaşlarımız “vahid pəncərə” xidmətindən istifadə edilməsinə üstünlük verirdilərsə, bu gün vaxt itirmədən, olduğu yeri tərk etmədən internet resursların köməyi ilə dövlət qurumlarının xidmətlərindən istifadə etməyə üstünlük verməkdədir.Bunun nəticəsi olaraq da respublikamızda elektron hökümətin yaranması zərurətini yaratmış oldu.

Bu gün “e-Gov” (“MyGov”) və “Asan Login”, “Asan Finans”, “AsanPay”, “AsanVisa”, “e-Agro”, “e-satınalma”, “e-sosial” kimi layihələr həyata keçirilsə də bir sıra sahələrin və xidmətlərin elektronlaşdırılmasına, bəzilərinin isə təkmilləşdirilməsinə da böyük zərurət yaranmışdır.

Bəs elektronlaşdırılmasına ehtiyac duyulan sahələr və xidmətlər hansılardır?
Səhiyyə, Maliyyə,  Məhkəmə, Notariat, Sahibkarlarla iş üzrə bəzi sahə və xidmətlər daxildir.

Ehtiyac duyulan xidmətlər hansılardır?

Maliyyə sektoru üzrə:
Kredit əməliyyatları üzrə xidmətlər.

Banklar tərəfindən xüsusilə istehlak kreditlərinin verilməsi zamanı sənədləşmənin və kredit ödəniş tarixçəsinin yenilənməsi, həmçinin digər bank xidmətlərinin elektron qaydada aparılması zəruridir. Tövsiyə olunur ki, bu imkan “Pilot layihə” olaraq ilk növbədə həmin bankda cari hesablaşma hesabı və ya təkrar müraciət edən (kredit tarixçəsi qənaətbəxş olan) daimi müştərilərə tətbiq olunması ilə başlanıla bilər.
Bu xidmətin güvənliyini təmin etmək üçün (MyGov ilə) Asan İmzadan (və ya e-Login) istifadə, yeni nəsil şəxsiyyət vəsiqələrinin foto və digər ID məlumatlarının üzləşdirilməsi ilə görüntülü üz tanıma funksiyasının tətbiqi, həmçinin öncədən təyin olunmuş vaxtda bank əməkdaşı (kredit mütəxəssisi) ilə müştərinin onlayn görüşü və zəruri halda əlaqəli şöbənin (kibertəhlükəsizliyə məsul) mütəxəssisinin təsdiqi ilə həyata keçirilə bilər.
Həmçinin Bank olmayan Kredit Təşkilatlarına, o cümlədən də digər özəl maliyyə qurumlarına müraciət edən şəxslərin ilkin müraciətlərinin vahid elektron sistem üzərindən yerinə yetirilməsi, ödəmələrin AsanPay və digər alternativ tətbiqlərdən istifadə etməklə ödəniş edilməsinə imkanların yaradılması arzuolunan hesab olunur.

Səhiyyə sahəsində:
“eTibbi Kart” və ya Xəstəlik tarixçələrinin elektronlaşıdırlması xidməti
Tibbi xidmətə müraciət edən vətəndaş (doğulduğu andan ölüm anına qədər) almış olduğu və ya müraciət etdiyi tibbi müayinə, laborator analiz nəticələri, aldığı müalicə, üzərində aparılmış cərrahi müdaxilələr, cərrahi əməliyyatlara və müalicənin zəruriliyi barəsində yazılmış rəsmi həkim rəyi, müalicə həkimi tərəfindən yazılmış həkim reseptləri müalicə müəssisəsinin həkimi tərəfindən xəstənin “eTibb Kartın”a daxil edilir, apteklərdən alınmış dərmanların (ödəniş qəbzinin barkodunun mobil tətbiqlər vasitəsilə vətəndaş tərəfindən oxudularaq tibbi sağlamlıq kitabçasına əlavə edilməsi) o cümlədən də 113 təcili yardım xidmətinə edilmiş zənglərin və hər çağırış üzrə göstərilmiş tibbi yardımın vətəndaşın “MyGov” portalında yaradılmalı olan “eTibbi Kartın”a daxil edilməsi məcburi tətbiq olunmalıdır.

Əlilliyi olan şəxslərə, tənha və ahıl vətəndaşlara xüsusi elektron tibbi çağırı xidməti:
Əlilliyi olan şəxslərə və tənha, ahıl vətəndaşlara xüsusi tibbi çağrı xidmətinin göstərilməsi (zəng və ya smartfon telefonların GPS funksiyalarından istifadə ediləbilən xüsusi tətbiqlər vasitəsilə) bu qəbildən olan vətəndaşlara xidmətin daha əlçatan olacağına zəmin yaratmış olacaqdır. Bu xidmətin göstərilməsini mükəmməl təşkil etməkdən ötəri könüllülərin və sosial işçilərin cəlb olunması ilə həyata keçirmək daha məqsədəuyğun olardı.

Ümumrespublika dərman reyestrinin və mərkəzləşdirilmiş dərman pereparatları deposunun elektronlaşdırılması: (“e-DərmanDeposu”)
Dərman reyestrinin vətəndaşlara tam açıq olması, ölkəyə daxil olan dərman ehtiyatları barədə məlumatların əlçatan olması, dərman peraparatlarının ölkədə olub-olmaması və ya hansı ünvandakı apteklərdə nə qədər sayda olması (həmçinin qiymət) barəsində məlumat əks olunan (axtarış sistemi daxil olmaqla) elektron xidmətin təşkil olunması günün tələbinə çevrilmişdir ki, bəzi neqativ halların qarşısının alınması baxımından da faydalı olacağı şübhəsizdir.Hal-hazırda ölkəmizdə dərman bazarında baş verən qanun pozuntuları bu  xidmətin dərhal yaradılmasını daha da aktuallaşdırmışdır. 

Evdə müalicə alan xəstələrə tibbi konsilium və tibbi məsləhət xidmətin elektronlaşdırılması:
Bu gün bəşəriyyətin ümumi bəlasına çevrilmiş yeni növ COVİD-19 virusu ilə mübarizədə  TƏBİB-in fəaliyyətini daha səmərəli təşkil etməsi üçün bir sıra xidmətləri elektronlaşdırmalı və onlayn tibbi konsilium və tibbi məsləhət, o cümlədən də tibbi nəzarət xidmətinə keçid edilə bilər. Bir mərkəzdən idarə etməyə, vaxta qənaət, daha çox müraciət edən pasiyentə və ya kororaviruslu xəstəyə xidmət göstərilməsinə nail oluna bilər. Bununlada evdə müalicə olunan virus daşıyıcısı olan xəstələrlə həkim-xəstə təmasının minimuma endirilməsini təmin edilə bilər.
Təxirə salmadan mobil tətbiq vasitəsilə evdə müalicə olunan (hətta COVİD-19 testi müəyyən səbəblərdən neqativ çıxan, lakin koronavirus simptomlu xəstələrin)  COVİD-19 testinin nəticəsi pozitiv çıxmış xəstənin sağlıq durumunda baş verən dəyişikliklər, xəstənin real vəziyyətini əks etdirən məlumatları (xəstəlik tarixçələri) mobil tətbiqə və sahə poliklinikaların məlumat bazalarına inteqrasiya edilməlidir.
Sahə həkimlərinin (o cümlədən də digər qurumların məsul həkim heyəti) mobil tətbiq vasitəsilə (online videogörüntülü vasitə ilə) günəlik olaraq koronaviruslu xəstələrə online tibbi konsilium və tibbi məsləhət xidməti göstərilməsinin təmin olunması zəruridir.
Belə olan halda, müalicə həkimi xəstənin vəziyyətini gündəlik nəzarətdə saxlaya bilir, xəstənin evdə müalicə olunması üçün (müayinə nəticələrinə əsaslanan) həkim rəyi əsasında təsdiqlənmiş dərman reseptləri reyestrə (o cümlədən “eTibbiKart”a) daxil edilir. 
Əgər TƏBİB və ya digər məsul səhiyyə qurumu yuxarda qeyd olunan elektron xidmətləri təxirə salmadan yerinə yetirərsə evdə müalicə olunan koronavirslu xəstələrin müalicəsində həkim rəyi olmadan sosial şəbəkələrdə mənbəyi bilinmiyən “dərman reseptləri”nin yayılmasının qarşısını alaraq, vətəndaşların sağamlığına yalnış dərman qəbulu ilə vurulacaq ağırlaşmaların qarşısının alınmasına öz tövhəsini verə bilər. Bununla da xəstənin müalicənin düzgün istiqamətdə aparılmasına nəzarət mexanizmləri və tibbi xidmətin əlçatanlığını təmin edə bilər.
Hazırda bu kimi elektronlaşdırılmamış xidmətlərin olmaması səbəbindən həkim rəyinə əsaslanmamış, xəstənin laborator analiz nəticələri, dərmanlara qarşı həssaslığı öyrənilmədən, müxtəlif müalicəvi hesab olunan “reseptlər” müxtəlif üsullarla internet üzərindən vətəndaşlar arasında paylaşılması, dərmanların həkim nəzarəti olmadan qəbul edilməsi ilə nəticələnir. Bunun acı nəticələrini aradan qaldırmaq isə həkimlərin və ümumilikə səhiyyə müəssisələrimizin üzərinə düşür. Buna misal olaraq,  "Britaniya alimlərinin apardığı tədqiqatlara görə, "Deksametazon” və "Prednezalon” ağciyərlərin müalicəsində müsbət təsir göstərir. Bu dərmanlar yeni deyil, çoxdan var və bundan əvvəl pnevmoniyanın müalicəsində istifadə olunurdu. Amma onlar reseptsiz, həkim nəzarəti olmadan özbaşına istifadə ediləcək dərmanlar deyil” deyə qeyd edilir. Üzücü haldır ki, bu kimi məsələlərə nəzarət edilmir. Bu, dövlət səviyyəsində həll edilməlidir”. http://www.xezerxeber.az/%C9%99n_%C3%A7ox_oxunan/296174.html 
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına elektron tibbi xidmətlər:
 (“Sağlam YAŞAT”)  
Səhiyyə xidmətləri üzrə təsis olunmasına böyük zərurət olan xidmətlərin ən önəmlilərindən biri də Vətən müharibəsində canından keçmiş vətən oğul və qızlarımız olan şəhidlərimizin ailələrinə, həmçinin qazilərimizə, müharibə iştirakçılarına xüsusi tibb xidmətinin təşkil olunmasıdır. Bunun üçün telefon çağrı xətti ilə yanaşı “Sağlam YAŞAT” (şərti ad)  elektron tibbi xidmətin (mobil tətbiq və internet portalın) yaradılması mühüm addımlardan hesab olunur.
Səhiyyə xidmətlərinin elektronlaşdırılmasını yüksək səviyyədə təşkil etməkdən ötəri xüsusilə Finlandiya təcrübəsinin öyrənilməsi labüddür. https://www.researchgate.net/publication/8024421_eHealth_in_Finland_present_status_and_future_trends 
Məhkəmə sistemi üzrə:
Vətəndaşların məhkəmə orqanları ilə qarşılıqlı təmaslarını tamamilə elektronlaşdırılması.
Vətəndaş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar, həmçinin məhkəmə prosesi zamanı əmlak üzərinə qoyulmuş qadağaların (o cümlədən məhdudiyyətərin) vətəndaşların Asan İmza-dan (həmçinin e-Login) istifadə etməklə elektron müraciət əsasında baxılaraq qısa zamanda həll olunmasına nail olunması əhəmiyyətli hallardan hesab olunur Belə olan təqdirdə vətəndaşların elektron hökümət xidmətlərindən istifadə vərdişləri formalaşmaqla yanaşı, vətəndaşlar arası elektron hökümət tətbiqlərindən istifadənin təşviq edilməsi ilə nəticələncəkdir.
Notariat xidməti üzrə:
Onlayn Notariat - məsləhət xidməti (yazılı və görüntülü)
Notariuslarla günün istənilən vaxtı real rejimdə və ya e-taxes.gov.az portalında (e-vergi idarəsi üslübünda) olduğu kimi, e-notariat idarəsi olaraq vətəndaşların müraciətlərinə, həmçinin notariusda həqiqiliyini təsdiq etdirmək istədiyi sənədə və ya notariusa təqdim olunan sənədlərə dair notariusun ilkin rəyinin alınması.
Hazırda vətəndaşlar notariuslarda bəzi sənədlərin surətinin təsdiq olunmasından səbəbsiz imtina halları ilə rastlaşırlar. Belə ki, vətəndaş notariat ofisinə gedib, növbə tutaraq notarius qəbulunda olurlar.Qəbul zamanı surətini təsdiq etdirmək istədikləri sənədlərin orijinalını notariusa təqdim etsələr də, bəzən notarius sənədin möhürnün və ya sənədin özünün qənaətbəxş olmamasını səbəb göstərib notarial təsdiq etməkdən imtina edir. Bununla da vətəndaşın notariat ofisinə gedərək növbədə gözləməsinə sərf etdiyi vaxt və nəqliyyata çəkdiyi xərcləri zərər etməklə yanaşı, gərginlik  yaşaması ilə nəticələnir.

Sahibkarlara xidmət göstərən şirkərlər (fərdi mühasiblər) üzrə Asan İmza kartlarının sinxronlaşdırılması.
Nəhayət, hamımıza bəlli olduğu kimi sahibkarlara (fiziki və hüquqi şəxslərə) xüsusilə maliyyə-mühasibat, o cümlədən də insan resurslarının (kadların) dövlət qeydiyyatı üzrə xidmət göstərən xidmət şirkətləri və ya fərdi mühasiblər, xidmət göstərdikləri fiziki və hüquqi şəxslərə məxsus “Asanİmza” və ya “E-imza”-larından kütləvi istifadə etməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və dövrdə müafiq  (aylıq, rüblük, illik) hesabat və digər elektron xidmətləri həyata keçirirlər. Bir mühasib 20 sahibkara xidmət göstərirsə bu 20 ədəd Asanİmza kartı deməkdir. Belə xidmətlərin göstərilməsi bəzi hallarda həm hüquq pozuntusu ilə müşayət olunur, həm də məsuliyyətdən yayınma ilə müşayət oluna bilir. Əgər mühasib xidmət göstərdiyi sahibkarın dövlət qurumuna təqdim etdiyi hesabatında qeyri dəqiq rəqəmlər daxil edibsə yaranmış məsuliyyət Asan İmza sahibinə və ya E-İmza sahibinin üzərinə düşür.Bu kimi halları nizamlamaq üçün, 5 və ya daha artıq hüquqi və fiziki şəxslərə mühasibat xidməti göstərən şirkət və ya fərdi mühasiblər üçün sahibinin razılığı ilə sinxronlaşdırılmış Asanİmza kartının və ya E-imza kartının təmin olunmasını təşkil olunması daha münasib seçim ola bilər.Belə olan təqdirdə həm iş rahatlığı əldə olunur həm də məsuliyyət məsələlərinin daha da ciddiləşəyi qaçılmaz olacaqdır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il üzrə təqdim etdiyi hesabata əsaslansaq “Əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı, 81 nəfər; Əhalinin hər 100 nəfərinə düşən genişzolaqlı internet istifadəçilərinin sayı, 77 nəfər; Mobil rabitə ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ölkə əhalisinin ümumi sayında xüsusi çəkisi,  100 %-dir.” 
Bu göstəricilər də onu deməyə əsas verir ki, respublikamızda elektron hökümət portalından isitifadə imkanları mövcuddur. Lakin mövcud elektron hökümət xidmətlərinin təşviqatına dair  tədqiqata əsaslanan layihələr həyata keçirilməlidir.
Avropanın rəqəmsal performansı üzrə müvafiq indikatorları özündə ehtiva edən Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) öz növbəsində Avropa rəqabətqabiliyyətliliyinin inkişafını izləyir. Bu indeks üzrə yuxarıdakı yerləri yenə də Skandinaviya ölkələri tutur.2020-ci il Hesabatına nəzər salsaq İndex üzrə ilk yerləri Finlandiya, İsveç və Danimarka tutur. 
Bununlada ölkəmizdə elektron hökümət quruculuğunun daha da təkmilləşdirilməsi üçün həm beynəlxalq təcrübə davamlı olaraq öyrənilməli, vətəndaşlar arasında müəyyən yaş qrupları üzrə mütəmadi sorğuların, məmnuniyyət rəylərinin, təklif və tövsiyyələrin öyrənilməsinə, keyfiyyətin ölçülməsi və xidmətlərin monitorinqinin davamlı və nəticə yönümlü olmasına xüsusi diqqət göstərilməsi zəruridir. Hətta bu sahədə tədqiqat və layihə mərkəzlərin qurulması, ideya (fikir) bankının formalaşması istiqamətində də daha çevik işlər görülməsi arzuolunandır. “Rəqəmsal jurnalistika”, “RəqəmsalAzərbaycan”, “RəqəmsalSəhiyyə”, “RəqəmsalSəyahətçi”, “RəqəmsalBölgə” (bölgə adları qeyd edərək), “RəqəmsalSahibkar” və digər müxtəlif layihələr adı altında könüllüləri və peşə sahiblərini vebinarlara cəlb etmək, onların da öz cevrələrində eyni məzmunlu vebinarlar keçirmələrinə həvəsləndirmək, həmçinin intellektual, elm-tədqiqat yönümlü şəxslərin Elektron Hökümətin İnkişafı Mərkəzindəki layihələrə cəlb etməklə qısa müddətdə daha uğurlu nəticələr əldə etmək mümkündür.

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 
Müəllif: Vəli Məmmədov ("Perspective" hüquq və məsləhət xidməti şirkəti, direktor)
Tarix: 18.12.2020

0 Comments