Azərbaycan dili

“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (Technion)”

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İsrailin Technion universiteti ilə birgə 3 il ərzində Azərbaycanda 1000- ə yaxın şəxsə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulub. Azərbaycanda kibertəhlükəsizlik sahəsində olan kadr çatışmazlığının aradan qaldırılması məqsədilə layihə müddətində 4 istiqamətdə təlimlər keçiriləcək:

  • İxtisaslaşmış kadr hazırlığı
  • Məlumatlandırma təlimləri
  • Yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması təlimlər
  • Kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı

Xarici təlimçilər komandası tərəfindən Technion universitetinin təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər paralel olaraq tədris ediləcək. Təlimlər 6 ay müddətində saat 09.00-dan 18.00-a qədər davam edəcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimi uğurla bitirənlərə Technion universitetinin rəsmi sertifikatı veriləcək. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılır: Red Team, Blue Team, SOC Team. Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasilarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər.